Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələnin gücünü əvvəlcədən bilmək olarmı?

Zəlzələnin gücünü əvvəlcədən bilmək olarmı?


Son aylar yaxın və uzaq coğrafiyamızda müntəzəm olaraq baş verən yeraltı təkanlar cəmiyyətdə istər-istəməz müəyyən narahatçılıq yaradıb. Bəziləri isə Azərbaycanın aktiv seysmik zonada yerləşməsini nəzərə alaraq ölkəmizdə də şiddətli zəlzələlərin baş vermə ehtimalından danışırlar. Hətta müəyyən yüksək bal da iddia edirlər.

Newscenter.az-ın xəbərinə görə, tarixçi Rəfael Eminov isə hesab edir ki, həmin şəxslər fırıllaqçı psixopatlardır. Rəfael Eminovun sözlərinı görə, müasir texnolji stansiyalar və cihazlarla seysmoloji tədqiqatlar aparanlar təhlükə barədə proqnozlar verə bilərlər. Amma onun baş vermə yeri və gücü barədə dəqiq məlumat verə bilmirlər:

“Onlar gecə-gündüz stansiyalarının siqnallarını analiz etməklə yalnız saniyələr əvvəl həyəcan siqnalını verə bilərlər. Ən yaxşı halda bir neçə dəqiqə əvvəl. Çünki yer təkində baş verən çox güclü partlayışlar əgər dərin qatlardadırsa, belə səs sürəti ilə yayılaraq stansiyalarda qeydə alınıb ötürülür. Başqa kimyəvi, bioloji tədqiqatlar da mümkündür. Amma yenə də əvvəlcədən zəlzələnin yeri və gücü barədə net bilgi vermək mümkün deyil”.

Rəfael Eminov onu da deyib ki, həqiqətən planetimizdə seysmikliyin artması prosesi baş verir:

“Qırğızstanda baş verən zəlzələ "Alp-Himalay" seysmik qurşağında digər ocaqlara da təsir edir. Sabah zəlzələ ola bilər ki, İranda, Türkiyədə, Qafqazda, Alplarda tektonik çat xətləri üzrə baş verə bilər. Onun gücünün az və ya çox olması isə yenə də bəlli olmur! Xüsusən əgər o torpaqdan bir neçə km dərindədirsə, ümumiyyətlə, siqnallar əvvəlcədən çatdırıla bilməz”.

Anar Əliyev
Xəbəri paylaş