Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda kütləvi dava, 25 nəfər xəsarət aldı

Ermənistanda kütləvi dava, 25 nəfər xəsarət aldı


Ermənistanda kütləvi dava olub.

Newscenter.az news.am-a istinadən bildirir ki, hadisə paytaxt İrəvandakı Konservatoriyanın həyətində baş verib. Belə ki, çoxlu sayda gəncin iştirakı ilə baş verən mübahisə sonradan əlbəyaxa davaya keçib.

Gənclərin bir çoxu əraziyə kəsici və deşici alətləri gəldiyi üçün dava zamanı çoxlu sayda xəsarət alan olub. İrəvan polsinin verdiyi xəbərə görə, kütləvi dava zamanı 25 gənc müxtəlif dərəcəli xəsarətlər alıb. Onların bəzilərinin yarası ciddi olduğundan yaxınlıqdakı tibb məntəqəsinə yerləşdiriliblər.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 167-ci maddəsinin 2-ci hissəsinin 7-ci bəndi ilə cinayət işi başlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş