Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qələtin sonu

Qələtin sonu


Yerin silkələnməsi gözlənilməz olsa da, ətraf aləmin hadisəyə münasibəti gözləntilərdən də o tərəfə idi. Zəlzələnin baş verməsinə qədər bütün uğurlarını özünün əziyyətinin, şansının bəhrəsi hesab edən Adəm övladı nədənsə bütün uğursuzluqlarını minnətsiz əta edən Yaradanın adına bağlayırdı. Və bununla da Allahın vacib buyurduqlarından boyun qaçırmaqla özünə toxtaxlıq vermiş olurdu. Belə təkkəbürlü bəndənin isə özünün müəyyənləşdirdiyi bir "sabah" proqramı var idi, həmin "sabah" da dəstəmaz alıb "küsülülüyünü" ortadan qaldırıb Bağışlayan və mehriban Allahın adını dilinə gətirəcəkdi.

XXX

Yeri gəlmişkən bu yanaşmanın özü də böyük bir qələtdi. Belə bir asi bəndənin böyuk yaxud kiçik qələtini hansı gün dərk edəcəyini Xaliq özü bilirmiş. Zəlzələ, yəni həmən gözlənilməz an, el arasinda deyildiyi kimi, yerin altındakı öküzün bir tükü silkələnməklə, yerin üstündəkilərin bütün əzasının tərpətməsi. Və Adəm övladının sidqi qəlblə Ya Allah qışqırıb Rəbbinə sığınması. . Ey bizi yoxdan var edən, ana bətnində sümüklərimizi ət və dəri ilə örtən, öz nemətləri ilə bizləri başqalarına möhtac qoymayan Rəbbim rəhm elə bağışla bizi, qələt eləmişik. Sən şəriksiz, ehtiyacsız Vacibəlvücudsan.

XXX

Bayaqdan onu deməyə çalışıram zəlzələ yerin daxilindəki qarmaqarışıq proseslərdən ortaya çıxan təbii fəlakət deyil, həm də bəndənin öz Allahı ilə beyət günüdür. Dünyada zəlzələlər niyə artıb sualına seysmoloqların dəqiq cavabı nədir bilmirəm. Bildiyim budur ki, bu kainatı Allah kimlərə xatir xəlq edibsə, o kəslərə qarşı kin-küdurət bir sözlə qələt etmələr çox, lap çox artıb. Mədəniyyət beşiyi kimi bizlərə sırınan Qərbdə, səmavi kitabı Qurani Kərimi yandırmaq adi hal alıb. Bu böyük hərflə böyük Qələtdi. Yer kürəsi isə bütün bu qələtlərə şahidlik edir. Yandırmaq istədiyi kitabı açıb təkcə zəlzələ surəsini oxuyub anlamaq istəyən kəs üçün ömrünün sonuna qədər adam balası kimi yaşamağın düsturu var.

Mübarək surənin 6-cı ayəsində buyrulur:

" O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə dəstə çıxacaqlar. "

Qəbirdən çıxıb nəyə baxacaqsan.? Allahın göndərdiyi Müqəddəs kitabı alova atmağına? Yaxud, Allahın Rəsuluna, onun pak Əhli beytinə yağdırdığın hədyanlara qulaq asmağa? Allahın evlərində donuz saxlamağınamı? Yoxsa, Allahın dınını yaşatmaq üçün özünü, ailəsini, körpəsini qurbangaha gətirən Şəhidlər Sərvərinə daş atmağına hansı üzlə tamaşa edəcəksən?

XXX

O yandırmaq istədiyiniz müqəddəs kitab bəşəriyyətin xilası üçün göndırilib.
Özlərini dunyanın ağası hesab edənlərin mənfur niyyətləri ucbatından minlərlə gunahsız insanların qanı səbəbsiz axıdılır. Məzlumların fəryadı nəinki yeri, hətta göyü silkələyir. Afrikada, Yəməndə, Fələstində körpə qanına susamış Birləşmiş Uşaq qatillərinin diqqətinə, məzlumun ahı bəs edir ki, Fironluq etdiyiniz dünya başınıza dar gəlsin. Bunu anlamaq üçün müqəddəs kitabı yandırmadan əvvəl oxuyun. Həm də "Fil" surəsini oxuyun. Kar olmuş qulaqlar eşitsin deyə həmin surənin 2 ci ayəsini ucadan oxuyuram. "Allah onların hiyləsini boşa çıxartmadımı?" (surə Fil ayə2) .

Ayağımızın altından qaçan Yer kürəsi ona görə silkələnir ki, bütün bu sadalanan hadisələrə şahiddir. . .

XXX

...Bizim seysmoloqlar dünyanın bir çox nöqtəsində baş verən zəlzələnin Azərbaycanın ərazisində yer titrəməsi kimi qeyd ediblər. Və hündürmərtəbəli binaların tavanında yellənən lüstrün istiqamətinə görə zəlzələnin episentri Bakı, havada ləngər vuran elektrik dirəklərinin trayektoriyasına görə isə zəlzələnin hiposentri Yardımlı rayonunu ərazisi kimi diqqəti cəlb edib.
Yumşaq kresloda əyləşib ehtiyaclı insanların həyası ilə oynayanların həyasızlığına, yer kürəsinin dözümsüzlüyünün sonu Zəlzələdir.
Allahım şeytan hiylələrinə uyub etdiyimiz qələtləri bəla göndərmədən Rəhmətinlə bağışla. Amin.

Hüseyn

NEWSCENTER.AZ üçün
Xəbəri paylaş