Bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb və hərəkəti saat 8:20-də bərpa olunub.
Newscenter.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.
Newscenter.az