Qazaxıstanda zəlzələ ilə bağlı yalan məlumat yayan qadın həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, hadisə Almatı şəhərində baş verib. Almatı polisinin keçirdiyi axtarış nəticəsində ölkədə dağıdıcı zəlzələ olacağı barədə yalan məlumat yayan qadının ünvanı müəyyən edilib.
Məlumata gğrə. qadının şəxsiyyəti müəyyən edilib və o, məsuliyyətə cəlb edilib. Bildirilir ki, şübhəli şəxs Almatıda şiddətli zəlzələ olacağı barədə telefon vasitəsilə mesaj yayıb və şəhər əhalisinə Almatını tərk etməyi tövsiyə edib.
Şübhəli şəxs Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin 2-ci hissəsi - “Kütləvi informasiya vasitələri, telekommunikasiya şəbəkələri və onlayn platformalardan istifadə etməklə yalan məlumat yayma” ilə cinayət məsuliyyətinə cəlb edilib. Onu külli miqdarda cərimələrdən tutmuş üç ilədək həbs cəzası gözləyir.
Mehman Mehdiyev