Qazaxıstanda pis hava şəraiti zəncirvari qəzaya səbəb olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qəza 17 avtomobilin iştirakı ilə baş tutub. Qəzaya uğrayan avtombillərdən biri sərnişin avtobusu olub. Qaraqanda-Temirtau avtomobil yolunda baş verən qəzaya səbəb kimi sözügedən yolun buz bağlaması göstərilir. Qəza zamanı nisbətən ağır xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Yol qəzası nəticəsində “Almatı-Astana” magistral yolunda bir neçə saatlıq hərəkət dayanıb. Karaqanda polisi sakinlərə yolların buz bağlaması səbəbindən yola avtomobillə çıxmamaq barədə xəbərdarlıq edib
Mehman Mehdiyev