Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5.1 maqnituda gücündə zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Ege dənizində qeydə alınıb.
Təbii fəlakətin nəticələri barədə hələ ki, məlumat yoxdur.(report)