Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəlilabadda 4 aylıq körpə qızılcadan vəfat edib

Cəlilabadda 4 aylıq körpə qızılcadan vəfat edib


Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

Newscenter.az bildirir ki, "Report"un Muğan bürosunun məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş