Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

250 milyondan çox ağac rəqəmsal xəritəyə salınıb

250 milyondan çox ağac rəqəmsal xəritəyə salınıb


Özbəkistanda 250 milyondan çox ağacın koordinatları müəyyən edilərək rəqəmsal xəritəyə salınıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Özbəkistanın Ekologiya Nazirliyi bəyan edib. Nazirlik bildirib ki, respublikada bütün ağaclar rəqəmsallaşdırılıb və qeydiyyata alınıb. Hətta, paytaxt Daşkənddə ağaclar sınaq kimi pasportlaşdırılacaq.

“Ətraf Mühitin Mühafizəsi və Təbiəti Mühafizə Texnologiyaları Elmi-Tədqiqat İnstitutu ilə birlikdə peyk çəkilişləri, məsafədən zondlama, geoinformasiya sistemləri və süni intellekt texnologiyalarından istifadə etməklə bütün ağaclar müəyyən edilib. Yerin koordinatları, nömrə müəyyən edilib və rəqəmsal xəritə yaradılıb”, - deyə nazirliyin məlumatında bildirilir.

Nazirlikdən qeyd edilib ki, bu prosesin həyata keçirilməsi zamanı ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Rusiya, Almaniya, Yaponiya kimi ölkələrin təcrübəsi öyrənilib. Ağaclar sənədləşdirilərkən əsasən yaşı ən azı 5 və daha yuxarı olan ağaclar nəzərə alınıb.

Mehman Mehdiyev
Xəbəri paylaş