Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“DreamCar MMC” müştəriləri necə aldadır?

“DreamCar MMC” müştəriləri necə aldadır?


Əksər hallarda müxtəlif xarici ölkələrdən gətirilən avtomobillərin yararsız vəziyyətdə olduğuna dair fikirlər səslənir, ortaya konkret faktlar oraya qoyulur. Düzdür, xarici ölkələrdən Azərbaycana avtomobil gətirən şirkət və ya fərdi şəxslər müştəri ilə əvvəlcədən əldə edilmiş sövdələşməyə əsasən, avtomobildə deffekt aşkar ediləcəyi təqdirdə həmin problemin aradan qaldırılacağına dair şifahi və ya yazılı zəmanət versə də, problem yarandığı təqdirdə məsuliyyətdən boyun qaçırır. Beləliklə, nisbətən ucuz qiymətə aldığı avtomobil müştəri üçün ikiqat bahasına başa gəlir. Yaxud, ümumiyyətlə onu işlək vəziyyətə gətirmək, problemi aradan qaldırmaq müştərinin öhdəsində qalır.

Nəzərə çatdıraq ki, bir müddət əvvəl ölkə mətbuatında mütəşəkkil transmilli cinayətkarların ifşası ilə bağlı məlumatlar yayıldı. Bildirilirdi ki, mütəşəkkil cinayətkar dəstə xarici ölkələrdən oğurlanan maşınların Azərbaycan və Gürsüstana çatdırılması və bu ölkələrdə realizə edilməsini planlaşdırıblar. Elə redaksiyamıza müraciət edən vətəndaş da eyni tərkibli cinayətin qurbanı olub. Belə ki, vətəndaş Məcidov Ramiq Adəm oğlu redaksiyamıza müraciət edərək bildirib ki, bir sıra satış şirkətləri vətəndaşları aldatmaqla məşğuldur:

“Qəpiyə-qəpik” instaqram səhifəsində rastlaşdım ki, “DreamCar MMC” tərəfindən 2014-cü ilin istehsalı olan “Hunday Santa Fe” avtomobili 5 min dollara satışa çıxarılıb. Mənim tələblərimə cavab verdiyi üçün satışı təşkil edən MMC ilə əlaqəs saxladım. İlkin danışıqdan sonra ofislərinə dəvət olundum və məni əmin etdilər ki, sözügedən avtomobillə bağlı heç bir problem yoxdur, maşın işlək vəziyyətdədir, heç bir texniki problem qeydə alınmayıb. Razılaşmadan sonra MMC-nin tələb etdiyi əlavə ödənişləri hesaba köçürdüm. Tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq avtomobil Azərbaycana 3 ay müddətində gətirildi. Yenə də tələb olunan əlavə vəsaiti ödədikdən sonra avtomobilin açarını təhvil aldım. Gömrük rüsumlarını da ödədikdən sonra avtomobili qəbul etmək istədikdə işə düşmədi. Dərhal MMC-nin nümayəndəsi ilə əlaqə saxlayaraq məlumat verdim, avtomobilin nasazlığı ilə bağlı foto və video görüntülər təqdim etdim. Avtomobil usta tərəfindən yoxlandıqdan sonra bəlli oldu ki, maşının mühərrikində ciddi problem var”.

Şikayətçi bildirib ki, indi “DreamCar MMC” nümayəndəsi mühərrikin nasazlığına görə heç bir məsuliyyət daşımadıqlarını bildirir:

“Hazırda avtomobl şəxsi təmir sexində saxlanılır, MMC-dən isə heç bir reaksiya yoxdur. “DreamCar MMC” məsuliyyət daşımadığını bildiriərək yaxasını kənara çəkir. Hansı ki, müqaviləyə görə, işlək vəziyyətdə olan avtomobil təhvil verilməlidir. Məcbur olub Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Yalnız bundan sonra MMC-dən bildirildi ki, avtomobilin nasazlığına görə 550 manat verə bilərlər. Hansı ki, MMC-nin öz ustası təsdiq edir ki, maşının 3 minə qədər xərci var. İndi “DreamCar MMC” təklif edilən vəsaiti də ödəməkdən yayınır. Qərara almışam ki, mənə dəyən ziyanın ödənilməsi üçün hüquq müdafiə orqanlarına və məhkəməyə müraciət edim”.

P.S.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

NEWSCENTER.AZ
Xəbəri paylaş