Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəbdə partlayış baş verib, ölənlər var

Məktəbdə partlayış baş verib, ölənlər var


Nigeriyada məktəb ərazisində partlayış hadisəsi baş verib.

Newscenter.az "Reuters"ə istinadən bildirir ki, baş verən partlayış zamanı azı altı şagird həlak olub.

Məlumata görə, ölkənin şimal-şərqində yerləşən məktəblərin birində təhsil alan şagirdlər metal qırıntıları hesab etdikləri əldəqayırma partlayıcının partlaması nəticəsində ölüblər.

13-15 yaş arası məktəblilər metal qırıntıları zənn etdikləri partlayıcını satmaq istəyərkən qurğu işə düşüb və məlum hadisəyə səbəb olub.

Qeyd edək ki, partlayış hadisəsinin baş verdiyi təhsil ocağı dini təmayüllü İslam məktəbi olub.

Mehman Mehdiyev
Xəbəri paylaş