Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2400-dən çox yeraltı təkan qeydə alınıb

2400-dən çox yeraltı təkan qeydə alınıb


Yanvarın 23-də Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra 2400-dən çox yeraltı təkan qeydə alınıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli Seysmoloji Monitorinq və Tədqiqatlar Elmi Mərkəzi məlumat yayıb.

"Bu yeraltı təkanların nə qədər davam edəcəyi məlum deyil. Yəni zəlzələnin ocağının yerləşdiyi rayonun seysmikliyi, yer qabığının geoloji quruluşu, tektonik xüsusiyyətləri buna təsir edəcək. Proses sSonradan zəifləyərək normal rejimə qayıdacaq", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvarın 23-də Qazaxıstanın Almatı şəhərində 6,7 bal gücündə zəlzələ baş verib.

Mehman Mehdiyev
Xəbəri paylaş