"Heç bir xarici yayımçı bizim ictimai multiməkanda olmamalıdır. Ümid edirəm ki, gec-tez bunu edəcəyik".
Newscenter.az xəbər verir ki, Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan ölkədə Rusiya televiziya kanallarının yayımının dayandırılması mümkünlüyünə aydınlıq gətirərkən söyləyib. Akopyan deyib ki, onlar Rusiya telekanallarına lisenziya verməyiblər:
"Onlar hökumətlərarası müqavilə əsasında fəaliyyət göstərirlər və həmin teleşirkətin Ermənistanda yayımını dayandırmaq üçün həmin müqavilədə heç bir mexanizm yoxdur".
Anar Əliyev