Ermənistanın paytaxtı İrəvandakı “Pasxa Uşaqlarına Dəstək Mərkəzi”ndə tərbiyə görən uşaqlara qarşı cinsi zorakılıq, istismar hallarına yol verilməsinə görə cinayət işi açıllb.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, məlumata görə, mərkəzdə tərbiyə görən azyaşlılardan biri hətta hamilə qalıb.
Prosesdə əsasən uşaq evi işçilərinin qeyri-etik davranışlara yol verdikləri iddia olunur. Ümumilkdə, ilkin olaraq 3 uşağın zərər çəkdiyi və cinsi istismara məruz qaldığı bildirilir.
Anar Əliyev