Qazaxıstanda partlayış hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Karaqanda vilayətində qeydə alınıb. Məlumata görə, Karaqanda vilayətinin Buxar Jyrau rayonundakı yaşayış binasında qaz balonu partlayıb. Partlayışın təsirindən yaşayış binası uçub. Daha sonra isə binada yanğın olub.
Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ikimərtəbəli 12 mənzilli evdə baş verən partlayışdan dərhal sonra ərazidə xilasetmə işlərinə başlanılıb.
Binanın birinci mərtəbədəki 5, 6, 8, ikinci mərtəbədəki 11, 12 nömrəli mənzillərə də qismən ziyan dəyib. Ümumilikdə 46 bina sakinindən partlayış zamanı 35 nəfərinin evdə olduğu bildirilir. İlkin məlumata görə, daöntılar altından 2 nəfərin meyiti çıxarılıb. 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Axtarış-xilasetmə tədbirləri davam edir.
Mehman Mehdiyev