Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək

Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah daha bir ölkə liderini qəbul edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, fevralın 20-də Albaniya Respublikasının Baş naziri Edi Rama Türkiyəyə səfər edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq səfər çərçivəsində Ərdoğan və Ramanın sədrliyi ilə Ankarada Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Şuranın iclasında Türkiyə-Albaniya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

NATO müttəfiqi Albaniya ilə görüşlərdə sülh və sabitliyin qorunması anlayışı əsasında ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq aləmdə baş verənlər, xüsusilə Balkanlarda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş