Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı TikTok ilə bağlı rəsmi araşdırmaya başlayıb

Avropa İttifaqı TikTok ilə bağlı rəsmi araşdırmaya başlayıb


TikTok sosial şəbəkəsinə qarşı ayrı-ayrı ölkələrin atdığı addımlara Avropanın bir sıra təsisatları da qoşulub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa İttifaqı TikTokla bağlı rəsmi araşdırmaya başlayıb.
Avropa İttifaqı (Aİ) Komissiyası “TikTok” sosial media platformasının Rəqəmsal Xidmətlər Qanununun (DSA) qaydalarını pozduğu iddiasındadır.

Aİ Komissiyasının verdiyi açıqlamaya görə, TikTok-un “uşaqların müdafiəsi, şəffaf reklam, tədqiqatçılar üçün məlumatların əldə edilməsi və platformanın asılılıq yaradan dizaynı və zərərli məzmun riskləri” ilə bağlı DSA qaydalarını pozub-pozmadığı araşdırma predmeti olacaq.

İstintaq həmçinin platformanın yetkinlik yaşına çatmayanların məxfiliyini və təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün adekvat və mütənasib tədbirlər görüb-görmədiyini araşdıracaq.

Mehman Mehdiyev
Xəbəri paylaş