Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bu dəfə də Münxendə tarix yazdı

Azərbaycan bu dəfə də Münxendə tarix yazdı


“Azərbaycan Münxen Təhlükəsizlik Konfransına dəvət alan gündən etibarən qatıldığı bütün tədbirlərdə milli maraqlarımızın önə çəkilməsi, onun beynəlxalq aləmdə qəbul edilməsi baxımından tarix yazıb. Sayca 60-cı konfrans da bu mənada Azərbaycanın maraqlarının nəzərə alınması baxımından diqqət çəkən oldu”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan və Ermənistan liderlərinin məhz rəsmi Bakının, dövlət başçısı İlham Əliyevin təklif etdiyi qaydada, heç bir vasitəçi olmadan görüşüb müzakirə aparması da bunu deməyə əsas verir:

“İndiyə qədər bəzi ermənipərəst dövltətlər, xüsusilə də başda Fransa olmaqla bəzi Avropa ölkələri Cənubi Qafqazda öz maraqlarının təmin olunması üçün Azərbaycan və Ermənistan arasında keçirilən görüşlərdə vasitəçi olmağa çalışırdılar. Onlar vasitəçilikdən daha çox Ermənistanın maraqlarını təmin etmək üçün müzakirələrə qatılmaq istəyirdilər. Lakin hər zaman olduğu kimi bu dəfə də Azərbaycan liderinin qətiyyəti, siyasi iradəsi həmin qüvvələrin arzularını ürəklərində qoydu. Beləliklə, Azərbaycan və Ermənistan liderləri üçüncü bir vasitəçi olmadan görüşdü, müzakirə apardı”.

Arzuman Muradlı hesab edir ki, Münxen görüşünün vasitəçisiz keçirilməsi həm də Azərbaycanın haqlı mövqeyi, siyasi iradəsinin qlobal mənada da qəbul edilməsi deməkdir.

İctimai Birlik sədri Münxendə çoxsaylı dövlət başçıları və hökumət rəhbərləri, biznes dünyasının tanınmış simalarının İlham Əliyevlə görüşmək üçün can atmaları həm Azəbaycan liderinin siyasi nüfuzu, çəkisinin göstəricisi, həm də Azərbaycana olan marağın təzahürü idi.

Süleyman
Xəbəri paylaş