Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə əməkdaşlığının güclənməsi Cənubi Qafqaz üçün də faydalıdır

Azərbaycan-Türkiyə əməkdaşlığının güclənməsi Cənubi Qafqaz üçün də faydalıdır


“İki qardaş ölkə liderlərinin seçkilərdən sonra ilk səfərlə Ankara və Bakıya getməsi artıq ənənə halını alıb. Hələ ümummilli lider Heydər Əliyevin zamanından təməli qoyulan bu ənənə günümüzdə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən uğurla davam etdirilir. Əslində bunun belə olması gözləniləndir və təbiidir. Çünki Azərbaycan və Türkiyə iki qardaş, dost ölkədir”.

Bu fikirləri Newscenter.az-a EkoAvrasiya Vəqfinin İdarə Heyətinin sədri Hikmet Eren Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərindən sonra ilk rəsmi səfərlə Türkiyəyə getməsini şərh edərkən səsləndirib.

Hikmet Eren deyib ki, Türk dünyasının iki parlayan ulduzu olan Azərbaycan və Türkiyə arasında əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq hər ötən gün yeni bir mərhələyə qədəm qoyur və Azərbaycan liderinin Türkiyəyə bu dəfəki rəsmi səfəri də Bakı ilə Ankara arasında əməkdaşlığın yeni dövrə, yeni eraya uyğun olaraq inkişaf etdirilməsinə təkan verəcək:

“İlham Əliyev yenidən dövlət başçısı seçildikdən sonra Azərbaycan Respublikasının siyasi həyatında yeni dövr, yeni era başlayıb. İki qardaş ölkə arasında münasibətləri bu yeni dövrdə daha da inkişaf etdirmək, qarşıya yeni hədəflər qoymaq və həmin hədəflərə çatmaq istiqamətində Bakı ilə Ankara arasında yeni təmaslara ehtiyac var. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri xüsusi önəm kəsb edir”.

Hikmet Eren deyib ki, Azərbaycan və Türkiyənin bütün sahələri əhatə edən və getdikcə güclənən əməkdaşlığı təkcə iki qardaş ölkə deyil, ümumən Cənubi Qafqaz regionu, eyni zamanda Türk dünyası üçün olduqca faydalıdır.

Süleyman
Xəbəri paylaş