Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın təkcə region deyil, eləcə də qlobal mənada əsas söz sahibinə çevrilir

Azərbaycanın təkcə region deyil, eləcə də qlobal mənada əsas söz sahibinə çevrilir


“Bir qayda olaraq Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın maraqlarının, haqlı mövqeyinin təqdim edilməsi və həmin mövqenin beynəlxalq aləmdə qəbul olunması, tanınması baxımından əhəmiyyətli olur. Sayca 60-cı konfrans da bu baxımdan Azərbaycanın maraqlarının təmin olunması, bu maraqların nəzərə alınması baxımından öz müsbət məqamları ilə yadda qaldı”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və keçirdiyi çoxsaylı görüşləri şərh edərkən səsləndirib. Öncəliklə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşə diqqət çəkən millət vəkili deyib ki, İlham Əliyev və Nikol Paşinyanın Münxendə vasitəçi olmadan bir araya gəlməsi öz-özlüyündə rəsmi Bakının təklif və iradlarının qəbul edilməsi deməkdir:

“Bildiyimiz kimi İkinci Qarabağ Müharibəsindən sonra müəyyən xarici güclər. əsas etibarilə də Fransa indiyə qədər heç bir perspektivli fəaliyyət ortaya qoymayan, sanki ölü bir quruma çevrilmiş ATƏT-in Minsk Qrupunu yenidən dirçəltmək istəyirlər. Lakin Azərbaycan tərəfi haqlı olaraq bunu qəbuledilməz sayır və Ermənistanla təmasların ikili formada, hər hansı vasitəçi olmadan keçirilməsini istəyir. Bakının kifayət qədər haqlı tələbi isə ATƏT-in Minsk Qrupuna yenidən can vermək istəyən dairələri razı salmır. Ancaq Münxen görüşü təsdiq etdi ki, Ermənistana havadarlıq etmək istəyən Paris və digər xarici güclərin səyləri əbəsdir. Azərbaycan lideri İlham Əliyev Münxendə erməni baş nazirlə məhz üçüncü bir tərəf olmadan görüşdü”.

İqbal Məmmədovun sözlərinə görə, Münxen görüşünün məhz Azərbaycan liderinin istədiyi, təklif etdiyi formatda keçirilməsi onu deməyə əsas verir ki, beynəlxalq güclər artıq rəsmi Bakının mövqeyi ilə hesablaşmaq məcburiyyətindədirlər:

“Bu həm də Azərbaycanın təkcə region deyil, eləcə də qlobal mənada əsas söz sahibinı çevrildiyinin göstəricisidir”.
Millət vəkili Azərbaycan liderinin Münxendə keçirdiyi digər görüşlərə də diqqət çəkərək, “Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün çoxsaylı müraciətlərin, təkliflərin olması həm Azərbaycan dövlətinə, həm də onu gündən-günə inkişaf etdirən, dünyada söz sahibinə çevirən Qalib Liderə olan marağın, Ona olan hörmət və ehtiramın göstəricisi idi”.

Anar Əliyev
Xəbəri paylaş