Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyənin Birinci xanımları görüşüb

Azərbaycan və Türkiyənin Birinci xanımları görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Mihriban Əliyeva ilə görüşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Dövlət Qonaq Evində baş tutan təkbətək görüşdə Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu arasında mümkün əməkdaşlıq imkanlarından danışılıb.

Əminə Ərdoğan Mehriban Əliyevaya Azərbaycanın ev sahibliyi ilə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (COP29) uğurlar arzulayıb.

Görüşdən sonra birinci xanım Ərdoğan sosial şəbəkədəki paylaşımında bu sözləri qeyd edib:

"Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Qələbəsindən, 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumu bildirdim. Bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram.“Ümid edirəm ki, seçkilərdəki qələbə dost Azərbaycan xalqına yaxşı şeylər gətirəcək”.

Süleyman
Xəbəri paylaş