Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təzyiqlər Azərbaycana qarşı işləmir

Beynəlxalq təzyiqlər Azərbaycana qarşı işləmir


Nəhayət ki, gözlənilən görüş baş tutdu. Söhbət Azərbaycan və Ermənistan liderlərinin Münxendə bir araya gəlməsindən gedir. Bu dəfəki görüş də Azərbaycanın təklif etdiyi formada, yəni üçüncü qüvvələrin, vasitəçilərin iştirakı olmadan keçirildi

Newscenter.az-ın xəbərinə görə, sözügedən görüş barədə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı Qərbdə başlatdığı siyasi təzyiq kampaniyası Münxen Təhlükəsizlik Konfransı gedişində fiaskoya uğradı:

"Məhz Münxen Təhlükəsizlik Konfransında N. Paşinyan çalışırdı ki, Azərbaycan nümayəndə heyəti Qərb siyasiləri tərəfdən boykot edilsin və qəbul edilməsin. Şərti sərhəddə Ermənistanın Azərbaycana qarşı təxribatları bunun üçün hazırlanmışdı. Amma, prezident İlham Əliyevin apardığı siyasət N. Paşinyanı pat vəziyyətinə qoydu".

Politoloq deyib ki, Münxendə siyasi liderlər və rəsmilər Azərbaycan prezidenti ilə görüşmək üçün növbəyə düzülmüşdü:

"Almaniyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri bir araya gələrək müəyyən şifahi razılaşmalara getdi. Göründüyü kimi Qərbin Azərbaycana qarşı performansı heç də Ermənistanın gözlədiyi şəkildə olmadı. Yerevan artıq anlayır ki, beynəlxalq təzyiqlər Azərbaycana qarşı işləmir".

Süleyman
Xəbəri paylaş