
Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova fevralın 19-da bu ölkənin Tallin şəhərinə səfər edəcək.
Newscenter.az Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə həyata keçirilən səfər zamanı Milli Məclisin deputatı Estoniya parlamentində bir sıra görüşlər keçirəcək, ikitərəfli münasibətlərin inkişafı, parlamentlərarası əlaqələrin bu günü və gələcəyi barədə fikir mübadiləsi aparacaqdır.
Səfər fevralın 22-də başa çatacaq.
Süleyman