Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Əhmədovun törətdiyi dəhşətli qətlin baş vermə səbəbi də vaxtında psixoloqlara müraciət edilməməsi olub

Əhməd Əhmədovun törətdiyi dəhşətli qətlin baş vermə səbəbi də vaxtında  psixoloqlara müraciət edilməməsi olub


"Bir neçə gün öncə Əhməd Əhmədov adlı şəxsin törətdiyi dəhşətli ailə qətlinin baş vermə səbəbi də məhz vaxtında psixiatr və psixoloqlara müraciət edilməməsi olub. Psixiatra vaxtında müraciət etməklə neçə-neçə cinayətin qarşısını almaq olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova "Ahəng” Psixologiya reabilitasiya inkişaf mərkəzinin və “Məlhəm” beynəlxalq hospitalının təşkilatçılığı ilə keçirilən “Psixoloji və nevroloji araşdırma” adlı konfransda çıxışı zamanı səsləndirib.

2020-ci ildə dünyanı cənginə alan koronovirus və Vətən müharibəsindən sonra insanlarda psixoloji problemlərin daha da artdığını, eləcə də ailə-məişət zəminində baş verən müxtəlif mübahisələr və narkotikin insanların psixologiyasına mənfi təsir etdiyini bildirən millət vəkili, psixoloqlara vaxtında müraciət etmək, psixoloji yardım almağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, deputat Vüqar İskəndərovun da birlikdə iştirak etdiyi tədbirdə
ictimai-siyasi xadimlər, tibb mütəxəssisləri, ziyalılar, psixoloqlar, könüllülər və tələbələrin qatıldığı tədbirdə son dövrlər bir sıra insanların yaşadıqları psixoloji və nevroloji problemlərin səbəbləri haqqında da danışılıb.

Psixoloq Vüsalə xanımın çıxış panelində çox aktual olan "panik atak" sindromunun müzakirəsi böyük marağa səbəb olub.
Günümüzün ən aktual problemini əhatə edən konfransın sonunda suallara aydınlıq gətirilib və iştirakçılara sertifikatlar təqdim edilib.



Süleyman
Xəbəri paylaş