Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiziki qüsurlu məmurların sayı 70 mini keçəcək

Fiziki qüsurlu məmurların sayı 70 mini keçəcək


Bu gün daha 2392 fiziki qüsurlu şəxs dövlət sektorunda müxtəlif vəzifələrə təyinat alaraq məmur olublar.

Newscenter.az xəbər verir ki, bunu Türliyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib. Bildirib ki, bununla da Türkiyədə fiziki qüsurlu məmur sayı 70 mini keçib.

Nazir deyib ki, təyinatla əlil vətəndaşları işlə təmin etməklə yanaşı, həm də bu mövzuda maarifləndirmə işləri aparılır. Nazir Göktaş, əlil vətəndaşların gündəlik həyata daha çox qarışması halında hər kəs üçün bərabər və əlçatan həyatın mümkün olacağını bildirib:

"Əlilliyi üzündən təhsil ala bilməyən və ya küçədən kənara çıxa bilməyən bir çox insanın indi özünü həm iqtisadi, həm də sosial cəhətdən daha azad hiss edir. Nazirlik olaraq sosial siyasətimizi heç kəsi kənarda qoymadan inkişaf etdiririk".

Sona
Xəbəri paylaş