
Türkiyədə növbəti avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, qəza Mardin şəhərində qeydə alınıb. Belə ki, ağır tonnajlı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər yaralanıb.
Hadisə Midyat-İdil avtomobil yolunun Çayırlı rayonunda baş verib. Yaralılar mikroavtobusun sürücüsü və onun sərnişinləri olub.
Dərhal hadisə yerinə xilasedicilər və təcili-tibbi yardım briqadası sövq edilib. Yaralılar yaxınlıqdakı Batman və Midyat xəstəxanalarına aparılıb.
Mehman Mehdiyev