Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli professordan zəlzələ xəbərdarlığı: 7,2 bal gücündə olacaq

Türkiyəli professordan zəlzələ xəbərdarlığı: 7,2 bal gücündə olacaq



Türkiyənin məşhur professoru Naci Görür yeni yeraltı təkanların baş vermə mümkünlüyü barədə xəbərdarlıq edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, professor Şimali Anadolu Fay Xəttinin şərqdən qərbə doğru hərəkət etdiyini və özüylə bərabər zəlzələlər daşıdığını deyib.

"Gözlənilən Mərmərə Zəlzələsi və İqtisadi Təsirləri" adlı konfransda çıxış edən Görür, bu barədə səlahiyyətlilərə xəbərdarlıq etdiklərini söyləyib:

"Mərmərədəki Adalar qırağının uzunluğu 45 kilometrdir. Bu qırılma baş verərsə, maksimum 7 bal gücündə zəlzələ olacaq. Digəri isə sahildən başlayaraq 65-70 kilometr uzunluğunda olan Kumburqaz xəttidir. Yeşilköy və Orta Mərmərə çökəkliyinə çatır. Bu istiqamətdə də minimum 7,2 bal gücündə bir zəlzələ meydana gələcək".

Görür zəlzələ xəbərdarlığının bəziləri tərəfindən "fəlakət xəbərdarlığı" kimi qiymətləndirildiyini, lakin zəlzələnin təbii bir reallıq olduğunu vurğulayıb.

Hər kəsin zəlzələyə hazır olması və lazımi tədbirləri görməsi lazım olduğunu bildirən Görür, "Harda zəlzələ baş versə, bölgənin qərbi növbəti zəlzələ üçün hədəfə çevrilir",-deyə vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş