Türkiyədə bələdiyyə sədri həbs edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə məhkəməsi bələdiyyə sədri barədə 5 il həbs qərarı çıxarıb.
Belə ki, Adalar Bələdiyyə Başçısı Erdem Gül terrora kömək etməkdə ittiham olunub. Məlumata görə, Erdem Gül Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) maşın konvoyunun hərəkəti, onları əks etdirən fotolar yaymaqla terror təşkilatına MİT ilə bağlı bilgilər ötürüb.
Sabiq bələdiyyə sədri bunu təkzib etsə də, lakin onun mənzili və iş yerində aparılan araşdırmalar zamanı faktlar təsdiqini tapıb.
Anar Əliyev