Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə növbəti monitorinq keçirilib.
Newscenter.az-ın xəbərinə görə, BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə ikinci dəfə keçirilən monitorinqdə IV, VI, VII və VIII siniflər üzrə ümumilikdə 125 mindən çox şagird iştirak edib. Təhsilalanlara 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.
Qeyd edək ki, monitorinqin nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, müvafiq tövsiyələr veriləcək.
R.Mehdiyeva