"Berlin formatı əlbəttə ki, münaqişənin həlli yolunda çox mühüm bir mərhələdir. Ancaq burda bir məsələ var ki, Ermənistan tərəfi münaqişənin həllində səmimi olduğunu göstərməlidir. Bunun əksi məsələni daha da uzatmağa, həm də qəlizləşdirməyə xidmət edəcək".
Bu fikirləri Newscenter.az-a politoloq Zeynal Əmrəliyev rəsmi Berlinin təşəbbüsü ilə son vaxtlar baş tutan Azərbaycan-Ermənistan təmaslarının sülhə yaxınlaşma mümkünlüyündən danışarkən səsləndirib. Onun sözlərinə görə, əgər Mirzoyan da Paşinyan kimi Berlində başqa cür, Parisdə bir başqa cür danışacaqsa, heç bir irəliləyişdən söhbət gedə bilməz:
"Berlin görüşünün getdiyi zamanda qeyri - sabit hava və çətin relyef şəraitində Ermənistan tərəfinə keçən hərbçimiz həbs edildi, ona qarşı cinayət işi açıldı. Bu Ermənistanın heç də xoş olmayan niyyətindən xəbər verir. Xüsusilə son zamanlar sərhəddə təxribatların artması, Fransanın Ermənistana silah tədarükünü gücləndirilməsi tərəflər arasında yaranmaqda olan etimad mühitinin pozulmasına yol açacaq amillərdir. Bütün bunları nəzərə almaq lazımdır".
Politoloq onu8 da deyib ki, ancaq Almaniyanın vasitəçilik missiyası uğurlu alına bilər:
"Çünki Almaniya digər Avropa ölkələrindən fərqli olaraq münaqişənin ilk anından tərəfsiz mövqe sərgiləməyə çalışırdı. Biz həm Münxendə, həm də Berlində müsbət irəliləyiş gördük. Almaniya vasitəçi kimi çox səmimi mühit qurmuşdu. Almaniyanın Xarici işlər naziri xanım Berbok Avropanın ən təcrübəli siyasətçi və diplomatlarından biridir. Əgər Ermənistan tərəfi sonuna qədər razılaşmaya sadiq qalarsa irəli doğru çox mühüm addımlar atıla bilər. Yox, İrəvan hələ də Parisə və başqa dünya paytaxtlarından gələn sifarişləri yerinə yətirəkcəsə, bu məsələ uzandıqca uzanacaq və bu cür danışıqların heç bir mənası olmayacaq".
Süleyman