Türkiyənin Antalya şəhərində keçiriləcək Antalya Diplomatik Forumunda 500-dən çox yüksək səviyyəli qonaq iştirak edəcək.
Newscenter.az Türkiyə XİN-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə keçiriləcək Forum martın 1-3-də baş tutacaq. Antalya Diplomatik Forumu üçün Antalyada bütün lazımi hazırlıqlar görülüb.
Forum Belek Turizm Bölgəsindəki NEST Konqres və Sərgi Mərkəzində keçiriləcək.
Yaxın Şərqdən Asiya-Sakit Okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər müxtəlif coğrafiyalara aid məsələlərin, eləcə də iqlim dəyişikliyindən terrorizmə, qida təhlükəsizliyindən kosmik diplomatiyaya qədər bir çox qlobal problemlərin olduğu forumda Qəzzadakı vəziyyət də müzakirə olunacaq.
Bundan əlavə, prezident Ərdoğanın xanımı Əminə Ərdoğanın himayəsi altında “Qadın, Sülh və Təhlükəsizlik” mövzusunda yüksək səviyyəli sessiya keçiriləcək.
Foruma təşrif buyuracaq liderlər Belekdəki otellərdə qalacaqlar.
Mehman Mehdiyev