“Avropa Parlamenti erməni maraqlarına xidmət edən bir quruma çevrilib. Avroparlamentarilərin son günlər keçirilən iclaslarda Azərbaycan əleyhinə yönələn çağırışları belə deməyə əsas verir”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a bildirilib ki, fəaliyyətləri tamamilə qərəz və ədalətsizlik üzərində qurulmuş avroparlamentarilər qarşıdan gələn seçkilərdə erməni lobbisinin maliyyəsi ilə yenidən bu qanunverici orqarnda təmzil olunmaq istəklərindən dolayı ermənipərəst mövqe sərgiləyirlər:
“Bir sıra avropalı deputatların Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini aqressiya, təcavüz kimi qələmə vermək təkcə siyasi riyakarlıq deyil, eyni zamanda tərbiyəsizlikdir”.
Mehman Mehdiyev