“Avropa Parlamenti (AP) davamlı olaraq Azərbaycana qarşı öz qərəzli yanaşması, mövqeyi ilə seçilib. Bu cür yanaşma İkinci Qarabağ Müharibəsindən sonra özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Bunda da erməni lobbisi və diasporunun maliyyəsinin əsas rol oynadığını açıq şəkildə deyə bilərik”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı son günlər Avropa Parlamentində Azərbaycana qarşı sanksiya çağırışlarını şərh edərkən səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə deyib ki, Avropa Parlamentinin bir sıra deputatları erməni lobbisinin maliyyəsinin girovuna çevriliblər:
Arzuman Muradlı antiAzərbaycan çağırışının Avropa Parlementinə keçiriləcək seçkilər ərəfəsinə təsadüf etməsi də sıradan bir hal deyil:
“Azərbaycana qarşı sanksiya çağırışı edən avropalı siyasilər məhz erməni lobbisinin maliyyəsi və dəstəyi ilə AP-da təmsil olunmaq istəyirlər. Həmin siyasilər bir növ brilyant qaçaqmalçısı, Avropa İttifaqı-Ermənistan dostluq qrupu Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyasının prezidenti (EAFJD) Kaspar Karapetyanın girovuna çevriliblər. Qurumun üzvü olan taliyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon da bu qəbildən olan siyasilərdəndir”.
İctimai Birlik sədri deyib ki, ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın anti-terror tədbirlərini “hərbi aqresiya” kimi qələmə vermək qərəzli yanaşma olmaqla bərabər, həm də beynəlxalq hüquqa hörmətsizlikdir.
Süleyman