Rusiyanın benzin ixracına 6 aylıq müddətə qadağa tətbiq etməsinin Avropa ölkələri ilə yanaşı, postsovet ölkələri, eləcə də Azərbaycana təsirsiz ötüşməyəcəyi ehtimal olunur. Bəs görəsən bu Azərbaycanda hansısa formada benzin qıtlığı yarada bilərmi?
İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzi hesab edir ki, Rusiyanın benzin ixracına 6 aylıq məhdudiyyəti Azərbaycan üçün ciddi problem yaratmayacaq. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Azərbaycan Rusiyadan o qədər də böyük miqdarda benzin idxal etmir:
"Digər tərəfdən Azərbaycanın özünün də kifayət qədər ehtiyatları var. Ən əsası bu məhdudiyyət 6 aylıq nəzərdə tutulur. Ona görə də təlaş keçirməyə əsas yoxdur".
Mərkəz hesab edir ki, Rusiyanın məhdudiyyəti daha çox Avropa ölkələri üçün problem yarada bilər".
Natiq Orucov