"Son dönəmlərdə devalvasiyanın olacağı barədə ajiotaj yaranmaqdadır. Bu kimi fikirlər yaxın zaman üçün əsassızdır. Lakin bu devalvasiyanın olmayacağı demək deyil"
Bu fikirləri Newscenter.az-a iqtisadçı ekspert Günay Hüseynova ölkədə devalvasiyanın baş verə bilmə ehtimalını şərh edərkən səsləndirib. Ekspert deyib ki, Qarabağ problemi həll olunub, bölgənin restovrasiyası və quruculuq işləri üçün külli miqdarda vəsait tələb olunur:
"Eyni zamanda xaricdən məhsul alınması və xarici şirkətlərlə sözləşmələr və digər işlərin icrası xarici valyutayla aparılır".
Günay Hüseynova, "Mərkəzi Bankın yetərincə valyuta ehtiyyatları var, neftin qiyməti dünya birjasında yüksəlir. Lakin bununla yanaşı xərclər də var",-deyə vurğulayıb.
Süleyman