Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elm və təhsil naziri: Kamera ilə müəllimin arxasınca düşüb çəkmək olmaz

Elm və təhsil naziri: Kamera ilə müəllimin arxasınca düşüb çəkmək olmaz


Məktəblərdə baş verən neqativ hallarla bağlı əsas məsələ vaxtında aidiyyəti üzrə müraciət etməkdir.

Newscenter.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əksər hallarda hadisədən 2-3 ay sonra müraciət edilir: "Nəzərə almaq lazımdır ki, məktəb istintaq yox, pedoqoji qurumdur. Gec müraciət ediləndə hadisənin səbəbini tapmaq çətin olur. Ən geçi bir həftəyə valideyn övladının başına gələni bilməlidir. Heç bir hadisə gizlədilməməlidir. Önəmli olan hadisənin səbəblərini araşdırmaqdır. Səbəb bilinmədən müəllimin alçaldılması qəti yolverilməzdir".

Nazir qeyd edib ki, müəllimin arxasınca kamera ilə düşüb çəkmək tərbiyə alətlərini onun əlindən almaq deməkdir: "Çünki o nəsə etməyə çəkinəcək. Bu da yaxşı yerə gətirib çıxarmaz. Ölkədə olan 150 mindən çox müəllimdən 300-500-ü davranış qaydalarını poza bilər. Onsuz da ona qarşı lazımi addımlar atılacaq. Amma belə davranışlar müəllim olmaq istəyənlərin sayının azalmasına təsir göstərir. Elə şagird var ki, heç evdə onunla bacarmırlar".
Xəbəri paylaş