Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

m10 tezliklə “BakıKART” ilə əməkdaşlığa başlayacaq

m10 tezliklə “BakıKART” ilə əməkdaşlığa başlayacaq


m10 elektron pulqabı tezliklə “BakıKART” ilə əməkdaşlığa başlayacaq. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkün olacaq.

Newscenter.az xəbər verir ki, elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız.

Bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri edə bilərlər

m10 yüksək təhlükəsizliyə də zəmanət verir.

Nərgiz Əzizova
Xəbəri paylaş