Qazaxıstanda mövcud olan yaşayış binalarının üçdə birinin yaşı 50 ildən artıqdır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkənin Milli Statistika Bürosu Qazaxıstanda mənzillərin vəziyyətini qiymətləndirməsində bu əksini tapıb.
Məlumatda bildirilib ki, ölkənin mənzil fondunun 29,3 faizindən çoxu 1970-ci ilə qədər istifadəyə verilib.
1971-1990-cı illərdə inşa edilmiş mənzillərin sayı 26,3, 1991-2010-cu illərdə inşa edilmiş mənzillətin sayı isə 23,4 faiz təşkil edib.
2010-cu ildən sonra tikilən binalar isə cəmi 19,5 faiz olub.
Mənzil fondunun sahəsinə görə Almatı şəhəri, Türküstan vilayəti və Astana şəhəri liderdir.
Natiq Orucov