Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna savaşı NATO -Rusiya müstəvisinə inteqrasiya edir

Rusiya-Ukrayna savaşı NATO -Rusiya müstəvisinə inteqrasiya edir


"Son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin əks hücum planı həyata keçirəcəkləri ilə bağlı məlumatlar yayılır. Bunun nə qədər effektli olacağı mübahisəli məsələdir, amma, keçirilməsi nəzərdə tutulan əks hücumun arxa planına nəzər salsaq görərik ki, Ukraynaya edilmiş və ediləcək yardımlar bütün istiqamətlərdə böyük həcmdə sərmayəyə söykənir. Bunun artıq açıq və müntəzəm şəkil alması deməyə əsas verir ki, Ukrayna və Rusiya arasında gedən müharibə, NATO -Rusiya müstəvisinə açıq şəkildə inteqrasiya edir".

Bu fikirləri Newscenter.az-a asiyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Avropa İttifaqı ölkələrinin bu savaşda əsgəri qüvvə kimi iştirak etmə ehtimalı var:

"Müharibənin başından indiyədək Ukrayna ordusunun heç bir halda Rusiyaya qarşı əks hücumları müvəffəqiyyət qazana bilməyib. Bu səbəbdən ABŞ və Qərbin hərbi ekspertlərinin bir qismi hesab edirlər ki, bunun baş verməsi halında, Ukrayna bütün canlı qüvvəsini və hərbi sursatını itirə bilər ehtimalı daha çoxdur. Bundan əlavə Rusiya Qərbin, Ukraynaya canlı qüvvə verəcəyi təqdirdə daha ciddi addımlar atacağını dəfələrlə bəyan edib və belə olan təqdirdə, qadağan olunmuş daha da ağır və kütləvi qırğın silahlarının istifadə edilməsinə, bu addımlar yol aça bilər".

Anar Əliyev
Xəbəri paylaş