Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın benzin ixracına qadağası Azərbaycana necə təsir göstərəcək?

Rusiyanın benzin ixracına qadağası Azərbaycana necə təsir göstərəcək?


Rusiyanın benzin ixracına qadağa qoyması dünyanın enerji bazarında müəyyən təşviş yaradıb. Moskvanın bu qərarının Avropa ilə yanaşı, postsovet ölkələrinə də təsirsiz ötüşməyəcəyi bildirilir. Bəs görəsən bu qərar Azərbaycana necə təsir edə bilər?

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təhcizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton “Ai-95” markalı benzin idxal edib:

"Deməli, yuvarlaq götürsək, 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək Rusiyadan idxal azalıb".

Ekspert deyib ki, 2023-cü ildə “Ai-92” markalı benzinin idxalı isə cəmi 17 min ton olmuşdur ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabər olub:

"Demeli, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik. Bu isə onu deməyə əsas verir ki, Rusyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur.

O ki qaldı, Rusiya niyə ixraca qadağa qoyur? Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehal və emal proseslərinə təsiridir".

Sona
Xəbəri paylaş