Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, terror təşkilatına qarşı əməliyyat Antalya daxil olmaqla 14 vilayətdə həyata keçirilib. Əməliyyat nəticəsində 47 nəfər terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
“Pinch-9” adlı əməliyyata Türkiyənin daxili işlər naziri birbaşa nəzarət edib.
Saxlanılan şəxslərin mənzillərinə baxış zamanı çoxlu sayda sənəd, pul və bəzi texniki vasitələr aşkar edilib.
Mehman Mehdiyev