Qırğızıstanda qəbul edilən “Dəfn və dəfn mərasimləri haqqında” yeni qanun “qəbiristanlıq mafiyası”na son qoyacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bunu qanun layihəsinin təşəbbüskarlarından biri, parlamentinin deputatı Marlen Mamatəliyev deyib.
Onun sözlərinə görə, qanun qəbul olunana qədər bəzi qruplar dəfn sahələrinin azlığından öz mənfəətləri üçün istifadə edirdilər. Onlar meyitin basdırılması üçün mərhumun yaxınlarından pul istəyiblər.
"İndi vətəndaşların basdırılması ilə bağlı korrupsiya sxemi ləğv ediləcək. Məsələn, şəhər qəbiristanlıqlarından torpaq sahələri alınıb. Kimlərsə hissə-hissə satırdılar. Qəbir üçün torpaq 30 min soma kimi qiymətləndirilə bilərdi. İndi belə olmayacaq",-deyə Mamatəliyev bildirib.
Mehman Mehdiyev