Avropa İttifaqı ukraynalıların müvəqqəti müdafiəsi müddətini uzatağı qərarlaşdırıb.
Newscenter.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.
Belçikanın İmmiqrasiya və Sığınacaq üzrə Dövlət Naziri, Aİ-nin müvəqqəti prezidenti Nikol de Moor Aİ Daxili İşlər Nazirləri Toplantısından sonra təşkil edilən birgə mətbuat konfransında bu barədə açıqlama verib.
Bu çərçivədə ukraynalılar yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, AB ölkələrində işləyə bilərlər.
Ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar da verilir.
Hazırda 4,2 milyon ukraynalı Aİ ölkələrində müvəqqəti müdafiədən yararlanır.
Fuad Hüseynzadə