Birləşmiş Ştatlarda kiçikğlçülü sərnişin təyyarəsi qəzaya uğrayıb.
Newscenter.az Röytersə istinadən bildirir ki. hadisə Kaliforniya ştatında baş verib. Məlumata görə. kiçikölçülü təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Təyyarə qəzasının təfərrüatları Alpine County Şerif Departamentinin Facebook hesabında edilən açıqlamada yer alıb.
Açıqlamada, "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.
Açıqlamada, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.
Fuad Hüseynzadə