Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfər edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri bu ölkədə keçiriləcək G-7 Liderlər Zirvə Toplantısında Afrika və Aralıq dənizi/Süni İntellekt və Enerji Yüksək Səviyyəli Sessiyada iştirak edəcək.
İtaliyanın ev sahibliyi etdiyi sammitdə G-7 ölkələrinin liderləri bir araya gələcək. Zirvəyə xüsusi qonaq kimi qatılan Ərdoğan G-7-nin yüksək səviyyəli zirvə toplantısında dünya liderləri qarşısında çıxış edəcək.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq. Ərdoğan İsrailin Qəzzada 8 aydır həyata keçirdiyi qırğına dünyanın necə səssiz qaldığına diqqət çəkəcək.
G-7 Liderlər Sammitində Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal problemlər də müzakirə olunacaq. Əsas diqqət beynəlxalq enerji və qida sektorlarında yaşanan problemlərə yönələcək.
Ərdoğan sessiyadan sonra bir sıra ikitərəfli görüşlər də keçirəcək, tədbirlərə və qeyri-rəsmi şam yeməyinə qatılacaq.
Fuad Hüseynzadə