"Ermənistanın bir neçə gündür ki, Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutmasının arxasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına qarşı olan qüvvələr dayanır".
Bunu Newscenter.az-a politoloq Elvin Babayev deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ərəfəsində belə halın baş verməsi təsadüfi deyil:
"Məqsəd müntəzəm olaraq atəşkəsi pozaraq Azərbaycanı təxribata çəkmək və güc tətbiqinə məcbur etməkdir. Bununla da sülh sazişinin üzərindən tamamilə xət çəkmək istəyi dayanır baş verən təxribatların mahiyyətində".
Anar Əliyev