Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrailli nazirdən qalmaqallı çağırış

İsrailli nazirdən qalmaqallı çağırış


İsrailli nazir qalmaqallı çağırış edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir Qəzza zolağına girməli olduqlarını müdafiə edib. O, Qəzzada fələstinlilərin aclıqdan ölməsinə və “miqrasiyanı təşviq etmək” adı altında etnik təmizləməyə çağırıb.

Ben Gvir İsrail qüvvələrinin yerlə-yeksan etdiyi Fələstin evlərinin üstündə yaşayış məskənləri tikilməsini təklif edib.

Qeyd edək ki, nazir İtamar Ben-Qvir daha əvvəl də fələstinlilərlə bağlı qalmaqallı açıqlamaları ilə diqqət çəkib. O, İsrail həbsxanalarındakı sıxlığı azaltmaq üçün fələstinlilərin edam edilməsini təklif etmişdi.

Fuad Hüseynzadə
Xəbəri paylaş