Avropa İttifaqı səfirləri Moldova və Ukraynanın quruma qəbulu ilə bağlı danışıqlara iyunun 25-dən başlamaq barədə razılığa gəliblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri bu barədə razılıq əldə ediblər.
"Səfirlər Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlar çərçivəsində prinsipial razılığa gəliblər. Belçika sədrliyi iyunun 25-də ilk hökumətlərarası konfransları çağıracaq", -deyə məlumatda bildirilir.
Anar Əliyev