Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda yeni bağlanmış əmək müqavilələrinin sayı 2 dəfə artıb

Naxçıvanda yeni bağlanmış əmək müqavilələrinin sayı 2 dəfə artıb


2024-cü ilin yanvar - may aylarında Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Newscenter.az Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb.

2024-cü ilin yanvar - may aylarında qeydiyyata alınmış aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 2607 olub. Cari ilin 5 ayında aktiv vergi ödəyicilərində bağlanmış yeni əmək müqavilələrinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 526 olub.

Süleyman
Xəbəri paylaş