Qazaxıstanda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. hadisə Şimali Qazaxıstanda qeydə alınıb. Belə ki, sözügedən vilayətdə bir ailənin 5 üzvü marketdən alınandüşbərədən zəhərlənib.
Zəhərlənən ailə üzvlərindən iki azyaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. Digər 3 nəfər isə ağır durumda xəstəxanaya yerləşdirilib.
Rayon sanitar-epidemiologiya idarəsinin mütəxəssisləri zəhərlənən ailənin yediyi yeməkdən nümunə götürüblər Nümunələr analiz üçün götürülərək laboratoriyaya göndərilib.
Anar Əliyev